Böyük Summativ Qiymətləndirmələrə start verilib

BŞTİ-nin müvafiq təlimatına əsasən ümumi təhsil müəssisələrində, o cümlədən, 96 nömrəli tam orta məktəbdə 27.05.2024-cü il tarixdən cari tədris ilinin ikinci Böyük Summativ Qiymətləndirmələrinə start verilib. BSQ-lər məktəb rəhbərliyi tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunub. Bu gün ilk olaraq V və IX siniflərdə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə BSQ aparılıb. Məktəbdə Rəqəmsal Bacarıqlar layihəsi tətbiq olunduğu və məktəbin infrastrukturu, texniki bazası imkan verdiyi üçün V, VI və VII siniflərdə birinci yarım ildə olduğu kimi BSQ-lərin rəqəmsal keçirilməsi nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi