“Mənəvi dəyərlərə söykənən münasibətlər mədəniyyəti” mövzusunda görüş

23.05.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə “Mənəvi dəyərlərə söykənən münasibətlər mədəniyyəti” mövzusunda yuxarı sinif şagirdləri ilə görüş keçirilib. Görüş BŞTİ-nin 28.02.2024-cü il tarixli 3-28-5913-2-103F/2024 nömrəli əmri ilə təsdiq olunmuş “Dəyərlərimizi qoruyaq” layihəsinin icrası istiqamətində təşkil olunub. Məktəbin psixoloqu Sevinc Abdullayeva tərəfindən keçirilən bu görüşün məqsədi məktəbdə düzgün davranış və ünsiyyət mədəniyyəti formalaşdırmaq üçün insan münasibətlərində etibar, hörmət, empatiya və əməkdaşlıq kimi fundamental dəyərlərin vacibliyini bir daha şagirdlərin nəzərinə çatdırmaq, onların mənəviyyatında bu kimi dəyərlərin kök salması üçün davamlı maarifləndirmə işi aparmaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi