Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirici tədbirlər

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil, orta ixtisas və peşə ixtisas təhsili müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri barədə” 3-29/3-2-460F/2023 nömrəli, 18.07.2023-cü il tarixli əmrinin icrası istiqamətində 22. 05.2024-cü il tarixdə məktəbin şagird və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə coğrafiya müəllimi Aytən Məmmədova uşaqlara və pedaqoji işçilərə Xəzər dənizi və su hövzələrində onların qarşılaşa biləcəyi fövqəladə hallardan danışıb, boğulma təhlükəsinə qarşı görməli olduqları önləm tədbirlər barədə məlumat verib. Məktəbin psixoloqu Sevinc Abdullayeva isə öz çıxışında boğulan insanın keçirdiyi psixoloji emosional vəziyyət və bu haldan qurtulmaq üçün hansı addımları atmaq lazım olduğu barədə məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi