Şagirdlərlə monitorinq öncəsi psixoloji söhbət

18 may 2024-cü il tarixdə Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin IV siniflərində, 19 may 2024- cü il tarixdə isə VI siniflərində monitorinq təşkil ediləcək. Bununla əlaqədar 17.05.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin monitorinqə girəcək şagirdləri ilə məktəb psixoloqu Sevinc Abdullayevanın görüşü olub. Sevinc Abdullayeva uşaqlarla imtahan zamanı həyacanı dəf etmə və motivasiya mövzusunda söhbət aparıb.