Yuxarı sinif şagirdləri ilə informasiya təhlükəsizliyi mövzusunda görüş

16.05.2024-cü il tarixdə məktəb rəhbərliyi IX, X və XI sinif şagirdləri ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mövzusunda görüş keçirib. Görüşdə məktəbin direktoru Mehriban Hacıyeva, təşkilatçı Nigar Süleymanova, informatika müəllimi Nərminə Əhmədli və sinif rəhbərləri iştirak ediblər. Görüşdə əsasən sosial şəbəkələr və oradakı informasiya mühiti, təhlükəsiz informasiya mübadiləsi yolları, virtual aləmdə təhlükəsizliyin təmin olunmasının üsul və formaları müzakirə edilib. Görüş interaktiv təşkil olunub. Şagirdlərlə müəllimlər arasında məhsuldar fikir mübadiləsi aparılıb. Uşaqlar bu istiqamətdə ətraflı maarifləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi