“12 May Beynəlxalq Bitki və Sağlamlıq Günü” ilə əlaqədar tədbir

16.05.2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 4 saylı “Asan xidmət” mərkəzinin əməkdaşları 96 nömrəli tam orta məktəbin IV sinif şagirdləri ilə “12 May Beynəlxalq Bitki və Sağlamlıq Günü” mövzusunda tədbir keçirib. Tədbir məktəbin və mərkəzin əməkdaşlığı şəraitində ərsəyə gəlib. “Asan xidmət” mərkəzinin əməkdaşları şagirdlərə mövzu ətrafında video təqdimat ediblər. Uşaqlara bitki örtüyünün əhəmiyyəti və planetimiz üçün yaşıl qatın zəruriliyi barədə maraqlı məlumatlar verilib. Sonra müəllimlərin köməyi ilə şagirlər arasında əyləncəli və öyrədici oyun təşkil olunub. Bu görüş uşaqlar üçün maraqlı və məhsuldar olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi