Ümumməktəb valideyn iclası

06.05.2024-cü il tarixdə 96 nömrəli məktəbin valideyn icması ilə ümumməktəb valideyn iclası keçirilib. İclas Teams proqramı üzərindən distant təşkil edilib. İclasda məktəb rəhbərliyi, sinif rəhbərləri və 400-ə yaxın valideyn iştirak edib. İclasın gündəliyində aşağıdakı məsələlər yer alıb:

1. Punktuallıq və davamiyyət

2. ⁠Vahid məktəbli formasından istifadə vəziyyəti

3. ⁠Nizam-intizam

4. ⁠Şagirdlərin davranışlarında müşahidə olunan əsas nöqsan və çatışmazlıqlar

5. ⁠İkinci yarım ilin Böyük Summativ Qiymətləndirməsinə şagirdlərin akademik hazırlıq vəziyyəti

6. ⁠Şagirdlərin psixoloji emosional vəziyyəti

İclasda gündəlikdə dayanan məsələlər ətrafında müvafiq olaraq məktəbin direktoru Mehriban Hacıyevanın, direktor müavini Mahirə Rüstəmovanın, təşkilatçı Nigar Süleymanovanın və məktəb psixoloqu Sevinc Abdullayevanın çıxışları dinlənilib. Valideynləri maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi