Siniflərdə çantalara baxış

Ümumi təhsli müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühim şərtlərdən biri də məktəbdə təhlükəsiz mühitin yaradılmasıdır. Bu məqsədlə məktəbimizdə mütəmadi olaraq müəyyən təhlükəsizlik tədbirləri həyata keçirilir. 06.05.2024-cü il tarixdə rutin fəaliyyət mexanizminin bir hissəsi kimi şagirdlərin qəbulu zamanı mobil telefonların toplanması və sinif otaqlarında şagird çantalarına baxış keçirilməsi təmin olunub. Baxış zamanı aşkarlanan və tədris prosesinə aid olmayan əşyalar rəhbərliyə təhvil verilib. Həmin şagirdlərin valideynləri məktəbə dəvət olunub və müvafiq tədbirlər görüldükdən sonra əşyalar valideynlərə verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi