"Müəllimlərlə "Emosional tükənmə sindromu" mövzusunda görüş
01.05.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin bir qrup müəllimi ilə "Emosional tükənmə sindromu" mövzusunda görüş keçirilib. Görüş məktəbin psixoloqu Sevinc Abdullayeva və korreksion pedaqoq Xəyalə Rzasoy tərəfindən təşkil olıunub. Görüşdə müəllimlərə Emosional Tükənmə Sindromu barədə ətraflı məlumat verilib. Daha sonra birgə nəfəs gimnastikası icra edilib. Psixoloq Sevinc Abdullayeva müəllimlərlə kiçik bir meditasiya da həyata keçirib.