"Şagirdimizin sərgisi"
29.04.2024-cü il tarixdə məktəbimizin foyesində 7 “B” sinif şagirdi Simuzər Abdulkərimovanın rəsmlərindən ibarət sərgi təşkil olunub. Sərgi “Güllərin ahəngi” adı ilə adlandırılıb. Əsasən təbiət peyzajlarından ibarət olan bu sərgidə şagirdimizin bir-birindən gözəl rəsmləri yer alıb. Sərgi şagirdlərin marağına səbəb olub.