Reproduktiv sağlamlıq istiqamətində maarifləndirici görüş

29.04.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında BŞTİ və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin əməkdaşları tərəfindən reproduktiv sağlamlıq istiqamətində şagirdlərlə maarifləndirici görüş təşkil olunub.

Görüşdə yalnız VI,VII sinif qızları iştirak ediblər. Şagirdlərə mövzuya aid video material təqdim olunub. Sonra təlimçi məktəbin tibb bacısı ilə birlikdə vacib nüanslara aydınlıq gətirib, şagirdlərlə qarşılıqlı müzakirə təşkil edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi