“Fərqlilik, müxtəliflik, inklüzivlik” adlı tədbir

24.04.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında inklüziv təhsilə həsr edilmiş “Fərqlilik, müxtəliflik, inklüzivlik” adlı tədbir keçirilib. İnklüziv təhsil-ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir. Hal-hazırda Bakı şəhərində 18 məktəbdə inklüziv təhsil sinifləri fəaliyyət göstərir. Bunlardan biri də 96 nömrəli tam orta məktəbdir. Məktəbin inklüziv istiqamətdə bir illik fəaliyyətinin hesabatı olan bu tədbirdə 1 nömrəli Psixoloji-tibbi-pedaqoji komissiyanın sədri Elşad Səfixanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin inklüziv təhsil üzrə metodisti Esmira Kazımova və ibtidai siniflər üzrə metodisti Roza Rüstəmova, 220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova, 252 nömrəli məktəb-liseyin direktoru Eldəniz Əkbərov, 202 nömrəli tam orta məktəbin direktoru Gülüstan Vəliyeva, 138 nömrəli tam orta məktəbin direktoru Mirfaiq Mirheydərli, 300 nömrəli tam orta məktəbin direktoru İradə Xəlilova, 177 nömrəli tam orta məktəbin direktoru Arzu Süleymanova, inklüziv təhsil verən məktəblərin psixoloqları, korreksion-pedaqoqları, loqapedləri, valideynlər və müəllimlər iştirak ediblər. Tədbir dövlət himnimizin səslənməsi ilə başlayıb. Himnin ardınca məktəbin inklüziv təhsil siniflərində təhsil alan şagirdlərin fəaliyyətini əks etdirən video material nümayiş etdirilib. Sonra məktəbin direktoru Mehriban Hacıyeva qonaqları salamlayaraq, tədbirin mahiyyəti barədə qısa məlumat verib və tədbir iştirakçılarını şagirdlərın ifasını izləməyə dəvət edib. Bədii hissə bitdikdən sonra komissiya sədri Elşad Səfixanovun və metodist Esmira Kazımovanın çıxışları dinlənilib. İnklüziv təhsil sinifləri olan məktəblərin rəhbərləri adından isə 138 nömrəli tam orta məktəbin direktoru Mirfaiq Mirheydərliyə söz verilib. Daha sonra övladları inklüziv təhsilə cəlb edilmiş valideynlər çıxış ediblər. Tədbir gözəl bir musiqi nömrəsi ilə başa çatıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi