Buraxılış imtahanında yüksək nəticə göstərən IX sinif şagirdləri ilə görüş

2023-2024- cü tədris ilinin IX siniflər üzrə buraxılış imtahanında 96 nömrəli tam orta məktəbin 87 nəfər IX sinif şagirdi iştirak edib. Onlardan 12 nəfəri 200 baldan yuxarı, 5 nəfəri isə 250 baldan yuxarı nəticə göstərib. Məktəb üzrə maksimum bal 274 bal olub. Ana dili fənni üzrə maksimum bal 91, riyaziyyat fənni üzrə maksimum bal 100, ingilis dili fənni üzrə isə maksimum bal isə 94 bal olub. Ana dili fənni üzrə orta bal 51,08; riyaziyyat fənni üzrə orta bal 35,20; ingilis dili fənni üzrə orta bal isə 33,70 olub.

22.04.2024-cü il tarixdə məktəb rəhbərliyi buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərmiş 12 şagird ilə görüşərək, onlarla sevincini bölüşüb, şagirdləri ürəkdən təbrik edib. Eyni zamanda məktəbin direktoru Mehriban Hacıyeva heç bir əlavə hazırlığa getməyən uşaqların da yer aldığı bu fərqlənmiş şagirdlərə çəkilən zəhməti öz nəticələri ilə doğruladıqları üçün rəhbərlik adından ürəkdən təşəkkür edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi