“Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda maarifləndirici görüş

22.04.2024-cü il tarixdə məktəbin 10-cu sinif şagirdləri ilə “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda maarifləndirici görüş olub. Görüşdə məktəbin direktoru Mehriban Hacıyeva, təşkilatçı Nigar Süleymanova, müəllimlər Nəzakət Ayvazova və Nəzakət Əzizzadə iştirak ediblər. Şagirdlərlə interaktiv şəkildə təşkil edilmiş bu görüşdə BMT-nin 2015-ci il, 25 sentyabr tarixdə Nyu-York şəhərində keçirdiyi Dayanıqlı İnkişaf Sammitində Baş Assambleyanın üzvü olan 193 dövlət tərəfindən qəbul edilmiş 92 bənddən ibarət gündəlik və bu gündəliyin 51-ci bəndində əks olummuş 17 Davamlı İnkişaf Məqsədi , onlarla əlaqəli 169 hədəf barədə məlumat verilib. Şagirdlərə Azərbaycanda 2016-cı ildə yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, 2018-ci ildə Dayanıqlı İnkişaf üzrə keçirilmiş Bakı forumu və bu forumda qəbul edilmiş Bakı gündəliyi, DİM üzrə yaradılmış Milli Məlumat Portalı, Azərbaycanın BMT-yə təqdim etdiyi 17 məqsəd, 88 hədəf və bununla bağlı 119 göstərici üzrə hazırlanmış 2017, 2019 və 2021 Könüllü Milli Hesabatları barədə də informasiya ötürülüb. Görüşdə Azərbaycanın öz regionunda bu hesabatları təqdim edən ilk dövlət olduğu da vurğulanıb. Sonda şagirdlərlə suallar vasitəsi ilə refleksiya aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi