Şagirdimiz “Sabahın alimləri “ XIII Respublika Müsabiqəsinin final mərhələsində

96 nömrəli tam orta məktəbin 11”X” (texniki təmayüllü) sinfinin şagirdi Aysel Kazımova “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə qatılaraq final mərhələsində iştirak hüququ qazananlardan olub.

Şagirdimizin müsabiqəyə təqdim etdiyi layihə gələcək səhm qiymətlərini proqnozlaşdırmaq üçün yüksək səviyyəli maşın öyrənmə və onun xüsusi texnikalarının ,xüsusən Support Vector Machine (SVM), Random Forest, XGBoost və Long Short-Term Memory (LSTM) modellərinin istifadəsinin hərtərəfli tədqiqini əhatə edib. Layihənin əsas məqsədi prestijli birja iştirakçıları olan Apple, Amazon, Microsoft şirkətlərinin səhm bazarındakı sonuncu data məlumatlarından istifadə edərək müxtəlif maşın öyrənmə modellərinin bir neçə fərqli datadakı səhm qiymətlərini necə proqnozlaşdıracağını qiymətləndirməkdir. Şagirdimiz tərəfindən təklif olunan modellər, müxtəlif şirkətlərin səhm bazarlarındakı gələcək qiymətləri proqnozlaşdırmaqda MSE, RMSE, MAE, MAPE və R2 ölçüləri baxımından ədalətli performans göstərə bilər.Bu layihə finansal sahə üzrə investorlara, analitiklərə və digər maraqlı şəxslərə daha öngörüşlü qərarlar verməyə yardım edə və daha uğurlu yatırımlara yol aça bilər.

Şagirdimizin bu maraqlı layihəsinin qaliblər sırasında çox inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi