Şagirdlərimiz “Ədibin evində” layihəsinin növbəti iştirakçıları olub

Məktəbimizin 10”R” ( riyaziyyat-iqtisadiyyat və humanitar təmayülü) sinfinin şagirdləri “Ədibin evində” layihəsinin növbəti iştirakçıları olublar. Şagirdlərimiz oraya məktəbin təşkilatçısı Nigar Süleymanova və ana dili və ədəbiyyat müəllimi Aygün Qəhrəmanova ilə birgə gediblər. Bu görüşün mövzusu “Nizami Gəncəvinin söz kainatı” olub. Uşaqlar görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın ev muzeyində olaraq ədibin həyat və yaradıcılığı ilə tanış olub, eyni zamanda Dünya Aviasiya və Kosmonavtika Günü ilə bağlı müzakirələr aparıblar. Daha sonra “Ədibin evi” layihəsinin icraçı direktoru Şəfəq Mehrəliyeva şagirdlərə Mir Cəlalın 1941-ci ildə uşaqlar üçün nəsrə çevirdiyi Nizami Gəncəvinin “Xəmsə” poemasının bəzi hissələri barədə məlumat verib. Sonda Mir Cəlalın “İki rəssam” kitabının nüsxələri şagirdlərə hədiyyə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi