“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Kiçik Akademiyanın konfransı

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın humanitar və təbiət kafedraları tərəfindən maarifləndirici konfrans keçirilib. Konfransda Şəlalə Səmədovanın elmi rəhbəri olduğu 6 “A” sinif şagirdi Altun Həsənli “İçməli su problemi” mövzusunda, Aytən Məmmədovanın elmi rəhbəri olduğu 8 “C” sinif şagirdi Rüqəyya Quliyeva “Meşələr və ətraf mühitin mühafizəsi” mövzusunda, Afaq Əhmədovanın elmi rəhbəri olduğu 10 “T” sinif şagirdi Aydan Şirinova isə “Havanın çirklənməsi” mövzusunda məruzə ediblər. Konfransda Kiçik Akademiyanın rəhbərliyi, kafedra üzvləri, elmi rəhbərlər və məktəb şagirdləri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi