Dərsdinləmələr davam edir
Məktəbimizdə məktəb rəhbərliyi və Dərs Müşahidə Qrupunun mentorları tərəfindən ibtidai siniflərdə riyaziyyat fənninin tədrisi vəziyyətinin müəyyən edilməsi istiqamətində dərsdinləmələr davam edir. Növbəti dərsdinləmə 3 “C” sinfində aparılıb. Dərs sinif müəllimi Kəmalə Cəbiyevanın təqdimatında olub. Dərsin mövzusu “Pulların hesablanması” olub. Maraqlı və fəal dərs təqdim olunub. Dərsin əhatəli və konstruktiv müzakirəsi təşkil olunub.