Şagirdlərdə empatiya hissinin formalaşdırılması istiqamətində görüş

“Empatiya digər insanların emosional vəziyyətini və onların mövqeyini başa düşmək qabiliyyətidir. Sosiallaşmanın ilkin şərti insanlarda empatiya hissinin olmasıdır. Empatiya yaşadığımız dövrdə böyük rol oynayır. Empatiyanın bizdən tələb etdiyi öz perspektivlərimizdən imtina etmək deyil, başqalarının baxışlarını öz baxışlarımızla birləşdirməyi bacarmaqdır.” Bu fikirlər məktəb psixoloqu Sevinc Abdullayevanın VIII sinif şagirdləri ilə “Empatiya hissinin formalaşdırılması və konfiliktlərin həll yolları” mövzusunda keçirdiyi görüşdə səslənib. Görüşdə müəllim-şagird və ya şagird-şagird arasında empatiya hissinin inkişaf etdirilməsi və yarana biləcək konfliktlərin həll yolllarının müəyyənləşdirilməsi məsələləri qarşılıqlı müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi