İbtidai siniflərdə riyaziyyat fənni üzrə dərsdinləmələr
17.04.2024-cü il tarixdə məktəbin 2”A” sinfində maraqlı bir riyaziyyat dərsi dinlənilib. Dərs sinif müəllimi Ceyran İsayevanın təqdimatında olub. Dərsin mövzusu “Yüzlük, onluq, təklik” olub. Dərsdinləmədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova və sinif müəllimi Təranə Nəcəfova iştirak ediblər. Dərsin əhatəli müzakirəsi təşkil olunub.