“ilk tibbi yardım” mövzusunda dərs

09.04.2024-cü il tarixdə sinif müəllimi Çiçək Daşdəmirova rəhbərlik etdiyi 4”B” sinfində “İlk tibbi yardım” mövzusunda dərs təqdim edib. Dərs Həyat bilgisi fənn proqramı üzrə təşkil olunub. Bu nümunəvi dərs müasir təhsil proqramının bütün tələblərinə cavab verib. Dərsin məqsədi seçilmiş standartlara tam uyğun olub. Qiymətləndirmə meyarları isə məqsədi bütünlüklə əks etdirib. Dərsin mərhələləri arasında məntiqi və məzmun ardıcıllığı müşahidə olunub. Refleksiya mərhələsində şagirdlərin demək olar ki, 90 faizinin təlim nəticələrinə çatmağı aydın hiss olunub. Şagirdlərin praktik təqdimatları dərsi dinləyən məktəb rəhbərliyi və valideynlər tərəfindən yüksək qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi