Məktəb həyətində iməclik
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/17125879166614048c9c0f50.18450169.jpg)
06.04.2024-cü il tarixdə 96 nönrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində böyük iməclik təşkil olunub. İməclik dərs məşğələləri bitdikdən sonra başlayıb və 3 saat davam edib. İməclikdə məktəbin yuxarı sinif şagirdləri, müəllimlər və texniki işçilər iştirak ediblər. İməclik zamanı məktəb həyəti təmizlənib, quru budaqlar, kol-kos budanıb, ağacların dibləri yumşaldılıb, alaqlar qopardılıb. Həyətyanı sahəyə yeni ağac və gül kolları basdırılıb.