Bakı Zooloji Parkında əyani dərslər
Bakı Zooloji Parkında təşkil ediləcək dərs ekskursiyaların keçirilməsinə dair təlimata əsasən 02.04.2024-cü il tarixdə məktəbimizin VII sinif şagirdləri coğrafiya müəllimi Şəlalə Səmədovanın və biologiya müəllimi Aynur Sadıqovanın təşkilatçılığı ilə Bakı Zooloji Parkında əyani dərslər təqdim ediblər. Coğrafiya fənni üzrə dərsin mövzusu “Azərbaycan Respublikasında torpaq, bitki örtüyü və heyvanat aləmi” olub. Biologiyadan təqdim olunan dərsin mövzusu isə “Balıqların müxtəlifliyi. Balıq ehtiyatının qorunması” olub. Ekskursiya öncəsi verilən tapşırıqlara əsasən şagirdlər orada müxtəlif tədqiqatlar aparıb, esselər yazıblar. Şagirdlər bu dərslərdə həvəslə və yüksək fəallıqla iştirak ediblər