“Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda dərslər

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.

Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprel döyüşləri şanlı qələbəmizin başlanğıcı oldu.

01-02 aprel tarixlərində məktəbimizin tarix müəllimləri Şeyda Hüseynova və Nəzakət Əzizzadə bu şanlı döyüşlərə həsr edilmiş nümunə dərslər təşkil ediblər. Dərslərdə şagirdlər Azərbaycan Ordusunun bu tarixi zəfəri barədə təqdimatlar edib, debatlar keçiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi