2 Aprel - Dünya Autizm Məlumatlandırma Günüdür

Autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2011-ci ildən 2 aprel tarixi “Dünya Autizm Məlumatlandırma Günü” kimi qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır.

İnkluziv məktəblər şəbəkəsinə daxil olan 96 nömrəli məktəbdə də belə fərqli və özəl şagirdlər təhsil alır. Onların digər şagirdlər tərəfindən qəbul edilməsi və sevilməsi, həmyaşıdları ilə düzgün sosial münasibətlər qura bilməsi məktəbin təçkilatçısı Nigar Süleymanova, psixoloq Sevinc Abdullayeva və korreksion loqoped Xəyalə Rzasoyun fəaliyyətinin əsas istiqamətidir. Məhz bu səbəblə, bu əlamətdar gün münasibəti ilə 02.04.2024-cü il tarixdə məktəbin akt zalında “Autizm xəstəlik deyil, fərqlilikdir!” adlı maarifləndirici tədbir keçirilib. Şagirdlər tədbirdə mövzu ətrafında müzakirələr aparıb, video materiallar izləyib və onları maraqlandıran suallara cavab tapıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi