Reproduktiv sağlamlıq üzrə növbəti məşğələ keçirilib

02.04.2024-cü il tarixdə məktəbin psixoloqu Sevinc Abdullayeva, tibb bacısı Aidə Muradova və təşkilatçı Nigar Süleymanova IX sinif şagirdləri ilə reproduktiv sağlamlıq üzrə 4-cü məşğələni təşkil ediblər. Məşğələnin mövzusu “Yeniyetmələrin sirləri” olub. Məşğələ oğlanlarla və qızlarla ayrı-ayrı təşkil olunub. Məşğələ müddətində şagirdlər şəxsi gigiyena vərdişlərinin inkişaf etdirilməsi və uşaqların orqanizmində yeniyetməlik dövründə baş verən anatomik və fozioloji dəyişikliklərə onların psixoloji hazırlığı mövzusunda məlumatlandırılıblar.