Fərqliyik, amma bərabərik!

İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə ümumi təhsilə cəlb edilməsidir. İnklüziv təhsil yetişən nəsildə fərqliliyə münasibətin dəyişməsinə və fərdi xüsusiyyətlərinə baxmayaraq bütün həmyaşıdlarının onlar tərəfdən bərabər şəkildə qəbuluna səbəb olur. Bu da sosial yöndən ədalətli və ayrı-seçkiliyə yol verməyən cəmiyyətin qurulmasına töhfə verir.

2023-2024-cü tədris ilindən İlqar Əliyev adına 96 nömrəli tam orta məktəb də inklüziv məktəblər şəbəkəsinə qoşulub. Məktəbimizin 1”B” sinfi inklüziv sinif kimi öz şagirdlərinə qucaq açıb. 01.04.2024-cü il tarixdə 2 Aprel-Dünya Autizm Məlumatlandırma Günü ilə bağlı 1”B”sinif şagirdləri ilə məktəbin psixoloqu Sevinc Abdullayeva, korreksion loqoped Xəyalə Rzasoy və məktəbin təşkilatçısı Nigar Süleymanova və sinif müəllimi Fəridə İsgəndərova tərəfindən “Fərqliyik, amma bərabərik!” adlı maraqlı bir tədbir keçirilib.

Gəlin, onların səsi olaq:

“- Autizm xəstəlik deyil, fərqlilikdir!

Hər kəsin sevgiyə ehtiyacı var. Sevgi müxtəlif deyil, sadəcə hər birimizin onu fərqli adlarla tanıyırıq. Sevgi səbəbsiz ola bilər və sənə qarşı olan bir zərrə sevgi bütün dünyanı dəyişdirə bilər. Sevgini bir anda bölüşmək olar. Sevgi uzaqda deyil, ona çatmaq üçün atılan balaca bir addım yetər. Sevgi insanları ayırmır, sevgi hamımızı eyni edir, sevgi bizi birləşdirən dəyərdir.

Hər bir addım inanaraq atılır. Bizə olan inam cəsarət verir. İçində birgə uğur, qarşılıqlı etimad olan mühit hər kəsə yeni yanaşma və həyat vərdişləri qazandırır. Mənim sosial münasibətlərimin və ünsiyyətimin yaxşılaşmasında sizin sevginizin və bu mühitin rolu böyükdür.

Biz fərqliyik amma bərabərik. Bizim hər zaman bir-birimizə ehtiyacımız var!”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi