Musiqidə Ana obrazı

12.03.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə maraqlı bir musiqi dərsi dinlənilib. Könül Uğurluyevanın təqdimatında olan bu dərsin mövzusu “Musiqidə Ana obrazı” olub. Dərsdə məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Nigar Süleymanova da iştirak edib. Dərs resurslarla zəngin və müasir kurrikulumun tələblərinə cavab verən dərs olub. Dərsin əhatəli təhlili aparılıb.