Milli dəyərlərimiz kimliyimizdir

13.03.2024-cü il tarixdə “Milli dəyərlərimiz kimliyimizdir” adlı tədbir keçirilib.Tədbir BŞTİ-nin “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində həyata keçirilib. Tədbir 5”C” sinfinin şagirdləri, müəllimləri və valideynlərinin təşkilatçılığı ilə hazırlanıb. Şagirdlər milli geyimlərdə milli rəmzlərimiz, bayram inanclarımız, milli-mənəvi dəyərlərimiz haqqında təqdimatlar edib, şeir, mahnı ifa ediblər.