“Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı maarifləndirici görüş

06.03.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı görüş keçirilib. “Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun 2024-cü il Fəaliyyət planı”na əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təqvim ili üzrə həyata keçirilməsi nəzərdə tutulan alt tədbirlər çərçivəsində reallaşdırılan bu maarifləndirici görüşü məktəb rəhbərliyinin dəvəti ilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları həyata keçiriblər. Görüşdə 7, 8, 9, 10 və 11-ci sinif şagirdləri iştirak ediblər. Təlim zamanı şagirdlərə ümumtəhsil məktəblərində fəaliyyət göstərən bufet və yeməkxanaların cavab verməli olduqları normalar, təhlükəsiz qidalar, zərərli qida vərdişləri, qidalanma rejimi barədə ətraflı məlumat verilib. Eyni zamanda mövzuya aid video materiallar təqdim olunub, şagirdlərə bukletlər və məlumat vərəqləri paylanıb.

#fəalməktəb

#sağlamtəhsilmühiti

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi