“Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb turu

Hər tədris ilində olduğu kimi, bu il də ümumi təhsil müəssisələrində Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilir. Şəhər məntəqəsində iştirak edəcək şagirdi müəyyənləşdirmək üçün 06.03.2024-cü il tarixdə məktəbimizdə “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb turu keçirilib. Seçimə qatılan şagirdlərə yaradılmış komissiya tərəfindən məktəbə göndərilmiş 10 mövzu ətrafında suallar verilib. Şagirdlərin hazırladıqları 5-6 dəqiqəlik çıxışlar dinlənilib. Sonra şagirdlərin çıxışları və təqdimatları komissiya üzvləri tərəfindən müzakirə edilib. Müsabiqənin şərtlərinə uyğunluğu, mövzu ətrafında hazırlığı, nitqinin səlisliyi və əhatəliyi nərəzə alınaraq təşkilat komitəsi tərəfindən məktəbin 10”R” sinif şagirdi Əsli Piriyevanın şəhər turu üçün qeydiyyatdan keçirilməsi məqsədə müvafiq hesab edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi