Ənənəvi səhər gimnastikası
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/170971852265e83bfa543e54.66086574.jpg)
İdman həftəsi çərçivəsində 96 nömrəli tam orta məktəbin idman zalında ənənəvi səhər gimnastikası keçirilib. Məktəbin idman müəllimləri Xəlil Xəlilov, Məltəm Babayeva, Məlahət Məmmədova və Türkan Alıyeva uşaqlarda düzgün gün rejimi, fiziki aktivlik aşılamaq, gimnastikanı gündəlik vərdişə çevirmək məqsədi ilə bu həftə hər gün məktəb həyatına səhər gimnastikası ilə başlamaq qərarına gəliblər və bu addım uşaqlarda yüksək əhval-ruhiyyə və pozitivlik yaradıb.