İdmançılarla şagirdlərin görüşü

05.03.2024-cü il tarixdə məktəbimizin idman zalında idmansevər və idmanla məşğul olan müxtəlif yaş kateqoriyalarından olan şagirdlərimizin peşəkar idmançılarla görüşü keçirilib. İdman həftəsi çərçivəsinə təsadüf edən bu səmimi görüşdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının IV kurs tələbəsi Təbriz Mirzəliyev, Spartakiya çempionu Təranə Quliyeva və cüdo üzrə müxtəlif turnirlərin qalibi Ağaseyid Şiralızadə uşaqlara idmanla peşəkar məşğul olmağın verə biləcəyi avantajlardan və faydalardan danışıblar. Şagirdlərin onlara ünvanlanmış maraqlı sualları idmançılar tərəfindən cavablandırılıb.