“İdmançıların yarış psixologiyası” adlı maarifləndirici görüşü
5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə ümumi təhsil müəssisələrində keçirilən İdman həftəsi çərçivəsində 05.03.2024-cü il tarixdə VI,VII,VIII və IX sinif şagirdləri ilə “İdmançıların yarış psixologiyası” mövzusunda maarifləndirici görüş keçirilib. Görüş məktəbin psixoloqu Sevinc Abdullayeva, təşkilatçı Nigar Süleymanova, fiziki tərbiyə müəllimləri Məlahət Məmmədova, Məltəm Babayeva və Türkan Alıyevanın iştirakı ilə təşkil edilib. Görüşdə şagirdlərə yarış qabağı idmançıların müvafiq psixoloji hazırlığının, qələbə inamının və yüksək motivasiyasının qələbəyə gedən yolda onlar üçün vacib amillər olduğu vurğulanıb.