1 Mart-Beynəlxalq Mülki Müdafiə Günüdür.
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/170929060865e1b470bd5231.79847055.jpg)
1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Uşaqları bu günün məzmunu və əhəmiyyəti barədə maarifləndirmək üçün məktəblərdə də bu tarixdə silsilə tədbirlər keçirilir. Məktəbimizdə 01.03.2024-cü il tarixdə Mülki Müdafiə mövzusunda şagirdlərin əl işlərindən ibarət sərgi keçirilib.