İmtahan həyacanının idarə edilməsi mövzusunda psixoloji görüş

29.02.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında IX və XI sinif şagirdləri ilə imtahan həyacanın idarə edilməsi mövzusunda psixoloji görüş keçirilib. Görüşün məqsədi buraxılış imtahanlarına çox az bir müddət qaldığı bu ərəfələrdə şagirdlərdə yarana biləcək imtahan həyacanını qismən aradan qaldırmağın və bu həyacanı doğru idarə etməyin yollarını onlara öyrətmək olub. Görüşdə şagirdlərə bəzi praktiki nümunələr göstərilib və onları bu mövzuda maarifləndirəcək video materiallar nümayiş etdirilib. Görüşü məktəbin təşkilatçısı Nigar Süleymanova və psixoloqu Sevinc Abdullayeva təşkil ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi