Coğrafiya fənni üzrə dərs müşahidəsi
27.02.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə coğrafiya fənni üzrə maraqlı bir dərs dinlənilib. Dərs, müəllim Şəlalə Səmədova tərəfindən təqdim olunub. Dərsin mövzusu “Çaylarımızın ekoloji vəziyyəti” olub. Coğrafiya dərsi Dərs Müşahidə Qrupunun üzvləri və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən dinlənilib. Dərsin geniş təhlili aparılıb.