Şagirdimizin “Rəngli dünyam” adlı rəsm sərgisi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/170903352165ddc832000796.07811332.jpg)
27.02.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə 5”A” sinif şagirdi Rəcəbli Aytən Vaqif qızının “Rəngli dünyam” adlı rəsm sərgisi təşkil olunub. Sonuncu Qarabağ əməliyyatlarında canından keçmiş şəhidimiz Vaqif Rəcəblinin övladı olan Aytənin istedadlı barmaqlarından süzülüb canlanmış gözəl tablolar məktəbin foyesində şagirdlərin böyük marağına səbəb olub.