Sertifikatlaşdırma ilə bağlı görüş keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/170903059265ddbcc0aa0370.74444412.jpg)
27.02.2024-cü il tarixdə 96 nömrəli məktəbdə sertifikasiya imtahanında iştirak edəcək riyaziyyat və ingilis dili müəllimləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib. Görüşdə müəllimlərin imtahan qabağı akademik və metodik ehtiyacları müzakirə edilib, imtahana hazırlıq səviyyələri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda BŞTİ rəhbərliyinin 20 nömrəli məktəbdə 3 rayon üzrə müəllimlər və fənn birləşmə sədrlərinin iştirakı ilə keçirdiyi sertifikatlaşdırma ilə bağlı iclasda iştirak etmiş müəllimlərimiz iclasda səsləndirilmiş fikir və tövsiyələri öz həmkarları ilə bölüşüblər. Rəhbərlik müəllimlərə qarşıdakı imtahanda uğurlar arzu edib və bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gələcəklərinə əmin olduqlarını ifadə edib.