“Təskinlik tapmış ruhlar” adlı sərgi-konfrans

23.02.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə Xocalı soyqrımının 32-ci ildönümünə həsr olunmuş “Təskinlik tapmış ruhlar” adlı sərgi-konfrans keçirilib. Konfransda Sabunçu Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Sabir Allahverdiyev, təşkilatın müavini Adil Məmmədov, nəzarət təftiş komissiyasının sədri Kamil Ağazadə,

Silahlı Qüvvələrin veteranı, ehtiyatda olan polkovnik Şükür Qafarov,

Silahlı Qüvvələrin veteranı, ehtiyatda olan polkovnik leytenant İlqar Qurbanov, Azərbaycan İstiqlal muzeyinin elmi kütləvi işlər şöbəsinin elmi işçisi Ramidə Mamedova və 96 nömrəli tam orta məktəbin şagird və müəllim heyəti iştirak ediblər. Konfrans öncəsi qonaqlar məktəbin foyesində sərgilənən Azərbaycan İstiqlal muzeyinin eksponantlarından və 96 nömrəli məktəbin şagirdlərinin əl işlərindən ibarət “Xocalı fəryadı” adlı sərgi ilə tanış olublar. Sərgidən sonra konfransda iştirak etmək üçün iştirakçılar akt zalına keçid alıblar. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilib. Qonaqları salamlayan məktəbin direktoru Mehriban Hacıyeva çıxışdan öncə Xocalı soyqrımında həlak olmuş insanların ruhunu bir dəqiqəlik sükutla yad etməyi qonaqlardan rica edib. Konfrans Azərbaycan İstiqlal Muzeyinin fondunda qorunan “Xocalı fəryadı” adlı qısametrajlı sənədli filmin nümayişi ilə davam edib. Daha sonra qonaqlara söz verilib. Qonaqlar öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdükdən sonra konfrans məktəbin tarix müəllimi Nəzakət Əzizzadə və X sinif şagirdləri Əsli Piriyeva, Banuçiçək Məmmədova və Aydan Şirinovanın təqdimatları ilə davam edib. Sonda Qurban Pirimov adına Ağdam 2 saylı musiqi məktəbinin müəllimlərinin müşayəti və təşkilatçılığı ilə şagirdlərimizdən ibarət xorun ifasında “Azadlıq” marşı səslənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi