Pedaqoji heyətlə distant iclas keçirilib

22.02.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin pedaqoji heyəti ilə məktəb rəhbərliyinin distant iclası keçirilib. İclas Teams platforması üzərində təşkil olunub. İclasın gündəliyində aşağıdakı məsələlər yer alıb:

1. Dərslərin müasir tələblərə uyğun təşkil edilməsi

2. Şagird davamiyyəti və punktuallığın təmin edilməsi

3. Şagird-şagird, müəllim-şagird arasında baş verə biləcək istənilən bullinqə qarşı təlimatlanma və şagirdlər arasında maarifləndirmə işinin genişləndirilməsi

4. Məktəb sənədlərinin, əsasən də sinif jurnallarının işlənməsi vəziyyəti

5. Müəllim sənədlərinin (icmal, proqram, formativ jurnal) monitorinqinin təhlili

6. Dərs müşahidələrinin təhlili

İclasda məktəbin direktoru Mehriban Hacıyevanın, təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmovanın, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı  Nigar Süleymanovanın, fənn birləşmələrinin sədrləri və Dərs Müşahidə Qrupunun üzvlərinin çıxışları dinlənilib. Daha sonra müəllimləri maraqlandıran nüanslara aydınlıq gətirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi