21 fevral-Beynəlxalq Ana dili Günüdür

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib. 21 fevral 2000-ci il tarixdən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Hər bir vətəndaş öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.

21.02.2024-cü il tarixdə məktəbin kitabxanasında kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçı Təranə Cəfərova, təşkilatçı Nigar Süleymanova, müəllim Könül Uğurluyeva və eləcə də 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları Sevil Həsənova, Nərminə Əliyeva və mərkəzin mədəni kütləvi şöbəsinin müdiri Məhbubə Məmmədovanın iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şagirdlərimizin ifasında şeir və mahnılar səslənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi