Fövqəladə hadisə zamanı nə etməliyik?

20.02.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında VII və VIII sinif şagirdləri üçün “Fövqəladə hadisə zamanı nə etməliyik?” adlı maarifləndirici xarakterli təqdimat keçirilib. Təqdimatı məktəbin təşkilatçısı Nigar Süleymanova və coğrafiya müəllimi Şəlalə Səmədova təqdim edib. Tədbirdə şagirdlərə ətraf mühitə və insan səhhətinə ziyan vuran, maddi və mənəvi itkilərə səbəb ola bilən müxtəlif növ fövqəladə hadisə zamanı düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib. Şagirdləri maraqlandıran suallara müəllimlər tərəfindən cavab verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi