Məktəb rəhbərliyi pedaqoji təcrübə keçəcək tələbələrlə görüşüb
20.02.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə pedaqoji təcrübəyə başlamış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri ilə məktəb rəhbərliyinin görüşü olub. Görüşdə məktəbin direktoru Mehriban Hacıyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, fiziki tərbiyə müəllimləri Məlahət Məmmədova, Məltəm Babayeva, Türkan Alıyeva və texnologiya müəllimi Təranə Əliyeva, eləcə də gələn tələbələrin təcrübə rəhbərləri iştirak ediblər. Direktor Mehriban Hacıyeva müəllim olmağa hazırlaşan tələbə gənclərə bu peşənin böyük məsuliyyətindən və ucalığından, eləcə də, bu yolda onlardan tələb olunan əzmdən söz açıb. Çıxış edən digər müəllimlər də tələbələrə bu peşənin incə sirlərini öyrənmək yolunda öz dəyərli tövsiyələrini veriblər. Onlara çıxdıqları yolda uğurlar arzu ediblər.