Reproduktiv sağlamlıq istiqamətində lII məşğələ 9-cu sinif şagirdləri ilə təşkil olunub
15.02.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin psixoloqu Sevinc Abdullayeva Reproduktiv sağlamlıq istiqamətində III məşğələni bu dəfə də IX sinif şagirdləri üçün təşkil edib. Məşğələ qızlar və oğlanlarla ayrı-ayrılıqda təşkil olunub. Məşğələnin mövzusu “Reproduktiv sağlamlıq anlayışının izahı, kişi və qadın orqanizminin spesifik xüsusiyyətləri” olub. Uşaqları maraqlandıran suallar ətraflı cavablandırılıb. Şagirdlər öncədən hazırlanmış sorğu vərəqlərini doldurublar.