“Uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi çərçivəsində diskussiya təşkil olunub

UNİCEF və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycanın təhsil sistemi üçün uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmini təmin edən “Uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsinin pilot olaraq tətbiq olunduğu məktəblərdən biri də 96 nömrəli tam orta məktəbdir. Ötən tədris ilindən məktəbdə tətbiq olunmağa başlanılmış bu layihə təhsilalanların rifahının yaxşılaşdırılması, onların fiziki və psixoloji zərərdən qorunması, bütün uşaqların inkişaf etmək üçün ən yaxşı imkanlara sahib olması kimi istiqamətləri özündə ehtiva edir. Bu layihə çərçivəsində atılmış addımlardan biri kimi 15.02.2024-cü il tarixdə məktəbin psixoloqu Sevinc Abdullayeva təhsilalanlarla uyğun yaş qrupları formalaşdıraraq “Bullinq və onun növləri” mövzusunda diskussiyalar təşkil edib. Diskussiyalarda əsas suallar olan “Necə edək ki, bullinqə məruz qalmayaq?” və “ Bullinqə məruz qalarıqsa nə etməliyik?” ətrafında müzakirələr təşkil olunub. Şagirdlər arasında anonim sorğu keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi