Reproduktiv sağlamlıq istiqamətində 3-cü məşğələ keçirilib

13.02.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə reproduktiv sağlamlıq istiqamətində 3-cü maarifləndirici məşğələ keçirilib. Məşğələ VIII sinif qızları və oğlanları üçün ayrı-ayrılıqda təşkil olunub. Mövzu “Zərərli vərdişlər. Təzyiq və təzyiqə müqavimət yolları” olub. Məşğələni məktəbin psixoloqu Sevinc Abdullayeva aparıb. Görüşdə şagirdlərin anonim sualları cavablandırılıb. Maarifləndirici video materiallar nümayiş etdirilib. Söhbət ərəfəsində psixoloqla yanaşı uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Nigar Süleymanova və biologiya müəllimi Afaq Əhmədova da şagirdlərə mövzu ətrafında öz tövsiyələrini veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi