Şagirdimiz Kod Saatı: “Rəqəmsal Gələcəyə Addım 2023”müsabiqəsinin II mərhələsində iştirak edib

96 nömrəli tam orta məktəb Rəqəmsal bacarıqlar” layihəsinin uğurla tətbiq olunduğu məktəblərdən biridir. Bu layihə çərçivəsində ölkə üzrə V-IX siniflərdə təhsil alan şagirdlər arasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Rəqəmsal Gələcəyə addım 2023” müsabiqəsi keçirilib. Müsabiqəyə 96 nömrəli tam orta məktəbin 8 “A” sinif şagirdi Bayram Kərimli də qoşulub. Müsabiqənin 2 mərhələsi artıq arxada qalıb. Birinci mərhələ-seçim mərhələsi 13-29 noyabr tarixlərində onlayn keçirilib. 2-ci mərhələ isə 13-22 dekabr tarixlərində onlayn və oflayn formada keçirilib. Şagirdimiz Bayram birinci mərhələdən uğurla keçərək, ikinci mərhələdə iştirak hüququ qazanıb. Bayram Kərimli ikinci turda iştirak edərək bütün tapşırıqları müəyyən edilmiş formatda icra edərək təhvil verib. İkinci mərhələnin nəticələri hələ açıqlanmayıb. Bayram bu mərhələni də keçə bilsə, finala vəsiqə qazanacaq. Final müsabiqəsinin əyani keçirilməsi gözlənilir. Final mərhələsində iştirakçıkar komandalara bölünəcək və birinci yer uğrunda çox maraqlı bir mübarizə olacaq. Ümid edirik ki, şagirdimiz Bayram Kərimli də rəqəmsal dünyanın qalib qəhrəmanlarından biri olacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi