Şagirdimiz “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanıb

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsində iştirak edən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq , ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işləri müəyyənləşdirilmiş meyarlara uyğun olaraq qiymətləndirilmişdir. Qiymətləndirmə “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən aparılmışdır. Müsabiqə çərçivəsində Bakı şəhərində keçiriləcək sərgiyə qəbul olunan layihələr artıq seçilmişdir. Sevindirici haldır ki, 96 nömrəli tam orta məktəbin 11”T” (texniki-təbiət) təmayüllü sinfinin

şagirdi Aysel Kazımzadə də layihəsi sərgi üçün qəbul edilən, yəni, finala keçən şagirdlərin siyahısındadır. Bu məktəbimiz üçün çox qürurverici haldır. Müəllimi Mətanət Zalıyevanın rəhbərliyi altında Ayselin müsabiqəyə təqdim etdiyi layihə kompüter elmləri bölməsinə aiddir. Finala yol almış layihəmizin qısa məzmununu sizə təqdim edirik:

Bu tədqiqat, gələcək səhm qiymətlərini proqnozlaşdırmaq üçün yüksək səviyyəli maşın öyrənmə və onun xüsusi texnikalarının ,xüsusən Support Vector Machine (SVM), Random Forest, XGBoost və Long Short-Term Memory (LSTM) modellərinin istifadəsinin hərtərəfli tədqiqini təqdim edir. Tədqiqatın əsas məqsədi prestijli birja iştirakçıları olan Apple, Amazon, Microsoft şirkətlərinin səhm bazarındakı sonuncu data məlumatlarından istifadə etməkdir. Yekun məqsəd isə müxtəlif maşın öyrənmə modellərinin bir neçə fərqli datadakı səhm qiymətlərini necə proqnozlaşdıracağını dəyərləndirməkdir. Sonda, nəticələr qənaətbəxş olmuş və təklif olunan modellər, müxtəlif şirkətlərin səhm bazarlarındakı gələcək qiymətləri proqnozlaşdırmaqda MSE, RMSE, MAE, MAPE və R2 ölçüləri baxımından ədalətli performans göstərmişdir. Buna görə də, bu innovativ layihə maliyyə sahəsi üzrə investorlara, analitiklərə və digər maraqlı şəxslərə daha öngörüşlü qərarlar verməyə yardım edəcək və daha uğurlu yatırımlara yol açacaq.

Aysel Kazımzadəyə və onun təmsil etdiyi 96 nömrəli tam orta məktəbə final mərhələsində qələbə sevinci arzu edirik, kiçik alimimizə “ yolun açıq olsun” deyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi