İntihar çıxış yolu deyil

12.02.2024-cü il tarixdə məktəbin psixoloqu Sevinc Abdullayeva 10”A” və 10”B” sinif şagirdləri ilə “İntihar çıxış yolu deyil” mövzusunda söhbət aparıb. Uşaqlarla söhbət zamanı psixoloq onlara izah edib ki, insan gündəlik həyatda bir çox çətinliklərlə qarşılaşa bilər. Belə hallar insan psixologiyasında travma yaradır və iradəsiz insanlar bu çətin periodda intiharı çıxış yolu kimi görürlər. O əlavə edib ki, uşaqlarla aparılan bu tip söhbətlərin əsas məqsədi onlara “cəmiyyətə yararlı insan olmaq” düşüncəsini aşılamaq, eyni zamanda onlarda möhkəm iradə, dözüm formalaşdırmaqdır. Sonda şagirdlərə belə bir müraciət ünvanlanıb: “Bütün problemlərin həll yolu var və əsas olan məsələyə düzgün istiqamətdən baxmaqdır ki, o yolu aydın görə biləsən.”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi